az en
News / Procter & Gamble və AFFA tərəfdaşlığa başlayır

Procter & Gamble və AFFA tərəfdaşlığa başlayır

AFFA Dərc olundu: 07.09.2018 Çap
Sağlam nəsillərin yetişdirilməsini qarşıya məqsəd qoyaraq, idman və idmançıların hər zaman yanında olmağı özünə borc bilən “Procter and Gamble” (P&G) Azərbaycanda idmana dəstək məqsədli daha bir addıma imza atıb.
 
Procter & Gamble və AFFA tərəfdaşlığa başlayır
Daha doğrusu, imza atacaq. Yaxın günlərdə P&G şirkəti ilə AFFA arasında tərəfdaşlıq müqaviləsi imzalanacaq.
Tərəfdaşlıq barədə P&G və AFFA artıq razılığa gəlib. Müqavilə milli komandamızın UEFA Millətlər Liqası və Avropa Çempionatının seçmə mərhələsi oyunlarını əhatə edəcək.
UEFA Millətlər Liqası milli komandalar üçün nəzərdə tutulmuş yeni yarışdır. Turnir mövcud beynəlxalq yarış təqvimi çərçivəsində iki ildən bir təşkil olunacaq və ilk yarış 2018/19 mövsümündə keçirilir. Yarışın məqsədi milli komandaların futbolunun davamlı uğuruna nail olmaq və daha rəqabətli oyunların keçirilməsini təmin etməkdir. Hər bir oyunun həlledici olduğu kompakt formatda komandalardan bütün qarşılaşmalara diqqətli yanaşma tələb olunur.
D qrupunda oynayan milli komandamız sentyabrın 7-də Kosovo, oktyabrın 14-də Malta, noyabrın 17-də Farer adaları komandaları ilə Bakıda görüşəcək.
P&G və AFFA arasında tərəfdaşlıq şirkətin Azərbaycanda 20 illik fəaliyyətinə həsr edilib. Ötən 20 il ərzində ölkəmizin iqtisadi həyatına böyük töhfə vermiş P&G xalqımızın həyatına ictimai layihələri ilə təsir edə və yaxşılaşdıra bilib.
2012-ci il London Olimpiya Oyunlarında komandamızı dəstəkləməklə Azərbaycan Milli Olimpiya Komitəsi ilə məğrur tərəfdaşlığın əsasını qoyub. Eyni məqsədlə, 2015-ci ildə “Anam üçün!” kampaniyası ilə İlk Bakı Avropa Oyunlarının rəsmi tərəfdaşı olub və "Hər bir uğur arxasında anaların əvəzsiz dəstəyi var" deyə bəyan edib.
Şirkətin daha bir dəstəyi 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Olimpiya komandasına olub və belə genişmiqyaslı tədbirdə komandamızın birinci olmaq sevincini bizimlə birgə yaşayıb.
P&G Azərbaycan milli komandasına Millətlər Liqası turnirində uğurlar, Azərbaycan futboluna inkişaf arzulayır!
 
Procter & Gamble (P&G) haqqında
P&G öz brendləri ilə dünyada təqribən 5 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Gillette®, Safeguard® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları