az en
News / “Qarabağ” ilk qələbəsini qazanıb

“Qarabağ” ilk qələbəsini qazanıb

Avropa Liqası Dərc olundu: 04.10.2019 Çap
UEFA Avropa Liqasında mübarizə aparan "Qarabağ" qrup mərhələsində ikinci oyununu keçirib. Səfərdə Lüksemburqun “Düdelanj” komandası ilə qarşılaşan təmsilçimiz 4:1 hesablı qələbə qazanıb. “Qarabağ”ın heyətində Abdullah Zubir, Miçel, penalti zərbəsindən Riçard Almeyda və Dani Quintana fərqlənib.
Qeyd edək ki, birinci hissədə siyasi təxribat cəhdinə görə oyun bir müddət dayandırılıb. Təxribatla əlaqədar AFFA rəhbərliyi UEFA-nı məlumatlandırıb, narahatlığını ifadə edib. Bununla əlaqədər UEFA-ya rəsmi qaydada müraciət olunacaq.
 
“Qarabağ” ilk qələbəsini qazanıb
Baş Sponsor 
Proyekt Partnyorları