az en
News / “Qarabağ” ÇL-in qrup mərhələsində

“Qarabağ” ÇL-in qrup mərhələsində

Çempionlar Liqası Dərc olundu: 24.08.2017 Çap
UEFA Çempionlar Liqasındakı təmsilçimiz “Qarabağ” turnirin qrup mərhələsinə vəsiqə qazanıb.
“Qarabağ” ÇL-in qrup mərhələsində
“Qarabağ” ÇL-in play-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın paytaxtı Kopenhagen şəhərindəki “Parken” stadionunda “Kopenhagen” klubu ilə qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə Danimarka klubunun xeyrinə başa çatıb. Avqustun 15-də bu komandalar arasında Bakıda keçirilmiş oyun 1:0 hesabı ilə “Qarabağ”ın xeyrinə yekunlaşdığı üçün iki oyunun nəticəsinə əsasən təmsilçimiz qrup mərhələsinə yüksəlib.
Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 20:00-da Monakoda keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar