az en
News / “Qarabağ” növbəti mərhələyə yüksəlib

“Qarabağ” növbəti mərhələyə yüksəlib

Çempionlar Liqası Dərc olundu: 02.08.2018 Çap
UEFA Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” növbəti mərhələyə yüksəlib.
İkinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda Albaniyanın “Kukesi” klubu ilə qarşılaşan təmsilçimiz 3:0 hesabı ilə qələbə qazanıb (ilk oyun - 0:0).
Üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi Belarusun BATE komandası olacaq.
Bu komandalar arasında ilk oyun avqustun 7-də və ya 8-də Bakıda, cavab qarşılaşması isə avqustun 14-də Minskdə keçiriləcək.
 
“Qarabağ” növbəti mərhələyə yüksəlib
Baş Sponsor 
Partnyorlar