Topaz Premyer Liqasının XXXV turunda keçirilmiş “İnter” – “Qarabağ” (2-1) oyunundan sonra cari mövsümün qalibi “Qarabağ”a və 2-ci yeri tutmuş “İnter”ə, müvafiq olaraq, medallar və çempionluq kuboku təqdim olunub.
Mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.