az en
News / “Qarabağ”ın rəqibi müəyyənləşib

“Qarabağ”ın rəqibi müəyyənləşib

Çempionlar Liqası Dərc olundu: 19.06.2018 Çap
Bu gün İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının I və II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Azərbaycan çempionu “Qarabağ” I təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşacaq. Qalib komanda II təsnifat mərhələsində “Kukes” (Albaniya) – “Valletta” (Malta) cütünün qalibi ilə üz-üzə gələcək.  
I təsnifat mərhələsinin ilk oyunları iyulun 10/11-də, cavab qarşılaşmaları iyulun 18/19-da, II təsnifat mərhələsinin ilk oyunları iyulun 24/25-də, cavab görüşləri iyulun 31-də keçiriləcək.
Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində ilk oyununu səfərdə keçirəcək.
 
“Qarabağ”ın rəqibi müəyyənləşib
Baş Sponsor 
Partnyorlar