az en
News / Qazaxıstan - Azərbaycan: Məşqçi fikirləri

Qazaxıstan - Azərbaycan: Məşqçi fikirləri

Futzal Dərc olundu: 06.12.2017 Çap
İranın İsfahan şəhərində təşkil olunan futzal üzrə “4 Top Nations” beynəlxalq turniri çərçivəsində keçirilmiş Qazaxıstan – Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Qazaxıstan - Azərbaycan: Məşqçi fikirləri
Kakau (Qazaxıstan millisinin baş məşqçisi): “Çox ağır qarşılaşma oldu. Azərbaycan millisi yaxşı oyun nümayiş etdirdi. Rəqibin vurduğu hər üç qol onların baş məşqçisinin beyninin məhsulu idi. Bunu dostum olduğuna görə demirəm. Həqiqətən də yüksək səviyyəli ölkə çempionatı olmamasına baxmayaraq, Alesio güclü komanda formalaşdırıb. Nəticəni də normal hesab edirəm. Azərbaycan millisini gözəl oyun münasibəti ilə təbrik edirəm. Oyunun erkən saatlarda başlaması isə hər iki komanda üçün çətinlik yaratdı. Turnirin davamlı olmasını arzulayıram. Gələn il bu yarışa Qazaxıstan evsahibliyi edəcək. Yenə bu dörd komandanın iştirakını istərdim”.
 
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi):
“Bir gün əvvəl oyunçularıma dedim ki, bizi çətin oyun gözləyir. Çünki Qazaxıstan millisinə Kakau kimi təcrübəli məşqçi rəhbərlik edir. Rəqibimiz taktiki və intizam baxımından kifayət qədər güclüdür. Yaxşı və maraqlı oyun alındı. Bu turnir hər iki komanda üçün əla sınaq oldu. Səhvlərə yol verdik, onların üzərində işləyəcəyik. Mən də öz növbəmdə nümayiş etdirdiyi oyuna görə, Qazaxıstan yığmasını, komandada gördüyü işlərə görə isə Kakaunu təbrik edirəm. Bu cür turnirlərin mütəmadi təşkil edilməsi yaxşı hal olardı. Təşkilatçılara yaratdıqları şəraitə və komandamızı dəvət etdiklərinə görə təşəkkürümü bildirirəm”.
 
Baş Sponsor 
Partnyorlar