az en
News / “Qəbələ” – APOEL oyunun hakimləri

“Qəbələ” – APOEL oyunun hakimləri

Gənclər liqası Dərc olundu: 19.10.2019 Çap
UEFA Gənclər Liqasında təmsilçimiz “Qəbələ”nin Kiprin APOEL komandasına qarşı keçiriləcək oyunu idarə edəcək hakimlər açıqlanıb. Oktyabrın 24-də Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşmanı Ukraynadan olan hakimlər briqadası idarə edəcək. Dördüncü hakim funksiyasını Vüqar Həsənli yerinə yetirəcək. Oyunun hakim inspektoru isə AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik olacaq.
 
“Qəbələ” – APOEL oyunun hakimləri
UEFA Gənclər Liqası
I mərhələ, cavab oyunu (İlk oyun 1:1)
“Qəbələ” – APOEL (Kipr)
24 oktyabr. Qəbələ. Qəbələ şəhər stadionu. Saat 14:00.
Baş hakim: Denis Şurman 
Baş hakimin köməkçiləri: Valentin Kutsev, Vladimir Korotin
Dördüncü hakim: Vüqar Həsənli (Azərbaycan)
UEFA nümayəndəsi: Amir Navon (İsrail)
Hakim-inspektor: Frits Ştuxlik (Avstriya)
 
Baş Sponsor 
Partnyorlar