az en
News / “Qəbələ” növbəti mərhələyə vəsiqə qazanıb

“Qəbələ” növbəti mərhələyə vəsiqə qazanıb

Avropa Liqası Dərc olundu: 21.07.2017 Çap
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. İlk qarşılaşmada Rumıniyanın “Astra” klubuna 1:3 hesabı ilə məğlub olan “Zirə” bu dəfə qolsuz heç-heçə etməklə mübarizəni dayandırıb.
 
“Qəbələ” növbəti mərhələyə vəsiqə qazanıb
“İnter” isə Lüksemburqda “Fola”nın qonağı olub. İlk oyunda 1:0 hesabı ilə qalib gələn təmsilçimiz cavab qarşılaşmasında 1:4 hesabı ilə məğlub olaraq növbəti mərhələyə vəsiqə qazana bilməyib.
Polşada yerli “Yagelloniya” ilə üz-üzə gələn “Qəbələ” isə 2:0 hesabı ilə qalib gəlib. İlk görüşdə 1:1 hesablı heç-heçə edən Azərbaycan klubu üçüncü təsnifat mərhələsində mübarizəni davam etdirəcək. “Qəbələ“ bu mərhələdə Yunanıstanın “Panatinaikos” klubu ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyun iyulun 27-də cavab qarşılaşması ilə avqustun 3-də keçiriləcək.   
 
 
 
Baş Sponsor 
Partnyorlar