az en
News / “Qəbələ” və “Neftçi” ilk oyununu keçirib

“Qəbələ” və “Neftçi” ilk oyununu keçirib

Avropa Liqası Dərc olundu: 26.07.2019 Çap
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində ilk oyunlar keçirilib. 
 
“Qəbələ” və “Neftçi” ilk oyununu keçirib
Təmsilçilərimizdən “Qəbələ” doğma meydanda Tbilisi “Dinamo”su ilə qarşılaşıb. Oyun rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Neftçi” isə Tulada “Arsenal”ın qonağı olub. Mərkəzi stadionda keçirilən görüşdə “Neftçi” 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu Dario Federiko vurub.
Bu komandalar arasında cavab oyunları avqustun 1-də keçiriləcək.
 
Baş Sponsor 
Proyekt Partnyorları