az en
News / "Qələbə qazanmağımız çox vacib idi"

"Qələbə qazanmağımız çox vacib idi"

A Milli Dərc olundu: 09.10.2019 Çap
Bu gün  “Bəhreyn Milli Stadionu”nda Bəhreyn və Azərbaycan milli komandaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra təşkil olunan brifinqdə millimizin baş məşqçisi Nikola Yurçeviçin səsləndirdiyi fikirlərini diqqətinizə çatdırırıq:
 
"Qələbə qazanmağımız çox vacib idi"
"Qələbə qazanmağımız çox vacib idi. Tək mənim üçün yox, ümumilikdə, komandanın əhval-ruhiyyəsinin yaxşı olması üçün bu qələbə önəmlidir. Bəhreyn millisi son bir neçə oyununda 1 qoldan artıq top buraxmamışdı, amma biz bu gün rəqibin qapısından 3 qol keçirə bildik.  Çox çətin hava şəraitində oynadıq. Temperatur çox yüksək idi. Bu baxımdan futbolçuların hansı fədakarlıq etdiyinin fərqindəyik. Bu göstərir ki, komandada həm əzmkarlıq, həm də keyfiyyət var. Qarşıda bizi Macarıstan millisi ilə oyun gözləyir. Həmin qarşılaşmaya qədər yaxşı bərpa prosesi keçməliyik. Təbii ki, həmin oyun bugünkü qarşılaşmadan fərqlənəcək. Həm daha yaxşı hava şəraitində oynayacağıq, həm qarşılaşmanın statusu fərqlidir, həm də digər - sırf futbol nüansları baxımından çox fərqli görüş olacaq".
 
Baş Sponsor 
Partnyorlar