az en
News / "Qrupda yer alan komandalar güclü rəqiblərdir"

"Qrupda yer alan komandalar güclü rəqiblərdir"

U-17 Dərc olundu: 27.10.2016 Çap
U-17 Avropa çempionatının ilkin seçmə mərhələsində keçirilmiş Avstriya - Azərbaycan oyunundan sonra yığmamızın baş məşqçisi Vüqar Məmməd affa.az saytına fikirlərini bildirib:
"Qrupda yer alan komandalar güclü rəqiblərdir"
“Qrupda yer alan komandalar kifayət qədər güclü rəqiblərdir. Avstriya yığması da ilk oyunda Rumıniyanı məğlub edərək , yaxşı komanda olduğunu  sübut edib. Hesabda geri olmağımıza baxmayaraq, uşaqlar ruhdan düşmədilər və bərabərlik qolunu vurdular. Ancaq fasilədən sonra rəqib təzyiqi artıraraq buraxdığımız səhvlərdən maksimum yararlandı. Komandamız oyun baxımından rəqiblərdən geri olsa da, əzmkarlıq baxımından heç kimdən geri qalmır. Onlar hər iki oyunda böyük əzmkarlıq nümayiş etdirdilər”.
Baş Sponsor 
Partnyorlar