az en
News / “Qızlar Futzal Kuboku” bu dəfə Qaxda

“Qızlar Futzal Kuboku” bu dəfə Qaxda

Turnir Dərc olundu: 11.03.2019 Çap
Martın 13-də və 14-də Qax rayonunda 13 yaşadək məktəbli qızlar arasında “Qızlar Futzal Kuboku” turniri keçiriləcək.
 
“Qızlar Futzal Kuboku” bu dəfə Qaxda
Qax Olimpiya İdman Kompleksində keçiriləcək yarışda rayonun 12 məktəbindən 120 şagird iştirak edəcək. Turnirin ilk günündə qrup mərhələsi üzrə 12 oyun keçiriləcək. Növbəti gün isə play-off mərhələsinin oyunları təşkil olunacaq. UEFA-nın dəstəyi ilə keçiriləcək turnirdə komandalar top və idman gödəkçələri ilə təmin olunacaq. İlk üç yeri tutan komandalara diplomlar və medallar, qalib komandaya isə kubok təqdim ediləcək.
Xatırladaq ki, AFFA və UEFA-nın dəstəyi ilə keçirilən “Qızlar Futzal Kuboku” layihəsi bundan əvvəl Quba, Mingəçevir, Balakən və Lənkəranda təşkil olunub.
 
Baş Sponsor 
Partnyorlar