az en
News / Rauf Əliyev Borislav Mixaylovla görüşüb

Rauf Əliyev Borislav Mixaylovla görüşüb

AFFA Dərc olundu: 07.03.2017 Çap
AFFA-nın I vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev Bolqarıstana səfəri çərçivəsində bu ölkənin futbol federasiyasının prezidenti Borislav Mixaylovla görüşüb.
 
Rauf Əliyev Borislav Mixaylovla görüşüb
Görüş zamanı iki ölkənin futbol federasiyaları arasında qarşılıqlı əməkdaşlıq, müxtəlif yaş qruplarından ibarət yığma komandaların yoldaşlıq oyunlarının təşkili barədə səmərəli müzakirələr aparılıb. Rauf Əliyev həmçinin, UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülmüş AFFA-nın baş katibi Elxan Məmmədovun seçki platformasını Bolqarıstan Futbol Federasiyasının rəhbərliyinə təqdim edib.
Qeyd edək ki, Borislav Mixaylov UEFA İcraiyyə Komitəsinin üzvü, UEFA-nın Futzal və Çimərlik Futbolu Komitəsinin sədri, Futbol Komitəsinin sədr müavinidir.
 
Baş Sponsor 
Partnyorlar