az en
News / Region Liqası: Finalçılar müəyyənləşib

Region Liqası: Finalçılar müəyyənləşib

Liqalar Dərc olundu: 19.05.2018 Çap
AFFA-nın təşkil etdiyi Region Liqası turnirinin finalçıları müəyyənləşib.
 
Region Liqası: Finalçılar müəyyənləşib
Bu gün 1/2 final mərhələsinin oyunları keçirilib. Sumqayıtın “Uğur” komandası “Füzuli” kollektivini 3:0 hesabı ilə məğlub edib.  “Araz” (Naxçıvan) – “Energetik” (Mingəçevir) qarşılaşmasının əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Qalib penaltilər seriyasında müəyyənləşib və “Energetik” (5:4) finala vəsiqə qazanıb.  
Beləliklə, mayın 22-də, saat 18:00-da, Bayıl stadionunda keçiriləcək final oyununda “Energetik” və “Uğur” komandaları qarşılaşacaq. “Araz” və “Füzuli” komandaları həmin gün saat 14:00-da keçiriləcək oyunda üçüncü pillənin sahibini müəyyənləşdirəcək. 
 
Baş Sponsor 
Partnyorlar