az en
News / Robert Prosineçki: "Hədəf erkən qol vurmaqdır"

Robert Prosineçki: "Hədəf erkən qol vurmaqdır"

A Milli Dərc olundu: 03.09.2017 Çap
DÇ-2018-in seçmə mərhələsində sentyabrın 4-də keçirilmiş Azərbaycan – San Marino oyunu ərəfəsində təşkil olunmuş mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçkinin və komandanın üzvləri Ramil Şeydayevlə Tərlan Quliyevin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
 
Robert Prosineçki: "Hədəf erkən qol vurmaqdır"
Robert Prosineçki: “Düşünmürəm ki, Norveç yığması ilə görüşdə əzmkarlıq göstərmədik. Sadəcə, rəqib bizdən güclü idi. Meydana çıxan 11 nəfərin hamısı sona qədər mübarizə aparmalıdır. 1-2 nəfər zəif çıxış edəndə balans pozulur. Motivasiyamız yaxşıdır. Sabah qələbə qazansaq, xal sayımızı 10-a çatdıracağıq. Bu da yeni rekord deməkdi. Deməzdim ki, hər kəsin bizdən qələbə gözləməsi ilə bağlı təzyiq bizə mənfi təsir göstərir. San Marino millisi cəmi 1 qol vurub, xal toplamayıb. Təbii ki, qələbədən başqa yol yoxdur. Hədəf erkən qol vurmaqdır. Bunu edə bilsək, ardı gələcək. Amma heç bir təzyiq yoxdur. Hamı oyuna hazırdır. Məşqçi kimi çalışmaqdan həzz alıram. Motivasiyam yüksəkdir. Belə olmasaydı, burada işləməzdim, gedərdim. Razı olarsınız ki, bu seçmə mərhələdə yaxşı oyunlar göstərmişik. Bəzi matçlarda bəxtimiz gətirmədi. Bəli, bundan da yaxşı futbol oynaya bilərik. Mənə elə gəlir ki, son aylar oyun baxımından irəliləyiş var, daha baxımlı futbol göstəririk. Hələ seçmə mərhələnin əvvəlində hər kəs qrup ikinciliyinə ümid edirdi. Milliyə gənc oyunçular cəlb etmişik. Azərbaycan futbolunun gələcəyi üçün işlər görürük”.
 
Ramil Şeydayev: “Sabah çətin oyun olacaq. Rəqib yalnız müdafiə futbolu oynayır. Demək olar ki, hücuma keçmirlər. Buna baxmayaraq, hədəfimiz qələbədir. İmkan daxilində çox qol vurmağa çalışacağıq”.
 
Tərlan Quliyev: “San Marino millisinin son oyununa baxmışıq. Sabahkı rəqibimiz son görüşdə 70 dəqiqə qapısının toxunulmazlığını saxlaya bilib. Bu da onu göstərir ki, sabah asan olmayacaq”.
 
Baş Sponsor 
Partnyorlar