az en
News / “Rəqib daha inamlı idi”

“Rəqib daha inamlı idi”

A Milli Dərc olundu: 05.06.2018 Çap
Bu gün Astanada Qazaxıstan millisi ilə beynəlxalq yoldaşlıq oyunu keçirən Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov affa.az-a açıqlama verib:
 
“Rəqib daha inamlı idi”
“İlk növbədə rəqibi həm yaxşı oyun, həm də qələbə münasibətilə təbrik edirəm. Bizə gəldikdə, danışılası çox şey yoxdur. Düşünürəm ki, komanda ilə çox danışacağıq. Bu oyun çox şey verdi mənə, çox məqamları gördüm bu qarşılaşmada. Demək olar ki, oyunun ilk 20 dəqiqəsində məğlub olduq. Qalan vaxtlarda isə, təbii ki, rəqib daha inamlı idi, hücumları qurmaqda bizim üçün çətinlik yaradırdılar. Nəyin üzərində daha çox işləməli və nəyə daha çox diqqət ayırmalı olduğumuzu görməyim baxımından mənim üçün çox vacib görüş oldu”.
 
Baş Sponsor 
Partnyorlar