az en
News / Ruslan Abışov: “Etimad göstərildiyini eşidəndə çox sevindim”

Ruslan Abışov: “Etimad göstərildiyini eşidəndə çox sevindim”

AFFA Dərc olundu: 08.02.2017 Çap
Azərbaycan milli komandasının və “Neftçi” klubunun üzvü Ruslan Abışov bu ilin may ayında ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının idmançı səfirlərindən biri seçilib. 
 
Ruslan Abışov: “Etimad göstərildiyini eşidəndə çox sevindim”
Bu gün keçirilmiş təqdimat mərasimindən sonra futbolçunun səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: “İlk dəfə belə bir mötəbər yarışda səfir kimi fəaliyyət göstərəcəm. Mənə etimad göstərildiyini eşidəndə çox sevindim. İdmançı yoldaşlarımla proqram çərçivəsində tədbirlərdə, layihələrdə iştirak etmək mənim üçün çox xoş olacaq. Bu yarışda idmançılarımızdan yüksək nəticələr gözləyirik. Oyunlarda iştirak edəcək futbol komandamıza da dəstək olmağa, hətta heyətdə yer almağa çalışacağıq. Sonda etimad göstərən hər kəsə, eləcə də 2017-ci il İslam Həmrəyliyi Oyunlarının keçirilməsində əməyi olan insanlara dərin təşəkkürümü bildirirəm”.
 
Baş Sponsor 
Partnyorlar