az en
News / Sağlamlıq imkanları məhdud uşaqlar üçün futbol festivalı keçirilib (fotolar)

Sağlamlıq imkanları məhdud uşaqlar üçün futbol festivalı keçirilib (fotolar)

Kütləvilik Dərc olundu: 12.11.2018 Çap
AFFA-nın təşkilatçılığı ilə noyabrın 9-da uşaq və gəncləri sağlam həyat tərzinə cəlb etmək, onların asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, gənclərin fiziki, əqli, sosial və mənəvi durumundan asılı olmayaraq, futbol oynamaq imkanının yaradılması məqsədilə 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində futbol festivalı keçirilib. BMT-nin qərarı ilə oktyabrın 20-dən noyabrın 21-dək ümümdünya uşaqların müdafiə ayı çərçivəsində keçirilən tədbirdə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov, HOMS qurumunun əməkdaşları (səfirlərin həyat yoldaşlar: Linda Benmoussat, Əlcəzair; Dian Sarastien, İndoneziya; Ayu Kutep, Fələstin; Silvia Mondain, İtaliya; Muhabbat Solieva, Tacikistan; Aicha El Boukhari, Mərəkeş; Norma İsaczai, BMT-nin Azərbaycandakı nümayəndəliyi; Alla Leuca, Moldova) qonaq qismində iştirak ediblər və uşaqlara futbol topları ilə yanaşı müxtəlif hədiyyələr təqdim ediblər. Festivaldan öncə adı qeyd olunan sosial xidmətin rəhbəri Sevinc Məlikova qonaqları xidmətdə yaşayan uşaqların əl işləri və müxtəlif bacarıqları ilə tanış edib. AFFA tərəfindən uşaqlara idman geyimləri və idman ləvazimatları verilib.
 
Sağlamlıq imkanları məhdud uşaqlar üçün futbol festivalı keçirilib (fotolar)
 
Baş Sponsor 
Proyekt Partnyorları