az en
News / Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib (fotolar)

Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib (fotolar)

Kütləvilik Dərc olundu: 02.10.2018 Çap
AFFA, YAP Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mərdəkan qəsəbəsində yerləşən “Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəb”ində “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində tədbir keçirilib.
 
Sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib (fotolar)
Tədbirdə Milli Məclisin deputatı  Rauf Əliyev, YAP  Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon İcra hakimiyyətinin  nümayəndələri  və digər şəxslər iştirak ediblər. Tədbir iştirakçıları uşaqların təhsil və yaşayış şəraiti ilə tanış olublar. Tədbir Şuvəlan qəsəbəsində yerləşən “McDonalds”da davam etdirilib. Əyləncə mərkəzi uşaqların ixtiyarına verilib, onlar üçün nahar süfrəsi təşkil olunub. Tədbirin sonunda uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb.
 
Baş Sponsor 
Proyekt Partnyorları