az en
News / “Seçmə mərhələnin sonuna qədər vəzifəmi icra edəcəyəm”

“Seçmə mərhələnin sonuna qədər vəzifəmi icra edəcəyəm”

A Milli Dərc olundu: 13.06.2017 Çap
Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki affa.az saytına açıqlama verib: 
 
“Seçmə mərhələnin sonuna qədər vəzifəmi icra edəcəyəm”
“Məlumat üçün bildirirəm ki, oyundan sonra ənənəvi olaraq AFFA-nın baş katibi ilə görüşdüm və oyunla bağlı hesabat təqdim etdim. AFFA rəhbərliyinə yaratdığı şəraitə uyğun olaraq millinin komanda şəklində göstərdiyi oyun barədə fikirlərimi ətraflı bildirdim. Baş katiblə eyni ofisdə, hətta bir mərtəbədə işləməyimizə, tez-tez görüşməyimizə baxmayaraq, belə hesabatlar hər oyundan sonra olur. Çox şadam ki, AFFA rəhbərliyi işimdən razıdır və komandanın nümayiş etdirdiyi oyunu yüksək qiymətləndirir. Bu etimadı doğrultmaq üçün seçmə mərhələnin qalan 4 oyununda da var gücümüzlə çalışmağa səy göstərəcəyik.
O ki, qaldı son günlərdə bəzi KİV-də yayılan məlumatlarla, xüsusilə də “Bursaspor”la bağlı təkliflərlə əlaqədar bildirmək istərdim ki, bu hər bir işçi üçün normal haldır. Bu onu göstərir ki, AFFA tərəfindən yaradılan şəraitə əsasən görülən işlər xarici futbol mütəxəssisləri tərəfindən də dəyərləndirilir. Məhz bu səbəbdən də son vaxtlarda adım müxtəlif klublarla birgə hallandırılır. Konkret olaraq, qeyd etmək istərdim ki, AFFA ilə seçmə mərhələnin sonuna qədər müqaviləm var və assosiasiya işimi sona qədər davam etdirməyimi istəyir. Mən də bu fikirdəyəm. Hal-hazırda yaranan fasilə ilə əlaqədar ailəmlə birlikdə ölkəmə gedəcəyəm. Püşkə uyğun olaraq isə Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək klublarımızın oyunlarını diqqətdə saxlayacağam. Avqust ayında isə Azərbaycana dönəcəyəm, Premyer Liqanın yeni mövsümünün oyunlarını izləyəcəyəm, millinin seçmə mərhələ çərçivəsində keçirəcəyi qarşılaşmaların hazırlığına başlayacağıq”.
 
Baş Sponsor 
Partnyorlar 
Proyekt Partnyorları