az en
News / Sertifikatlar təqdim olunub (fotoreportaj)

Sertifikatlar təqdim olunub (fotoreportaj)

Məşqçi kursları Dərc olundu: 16.03.2019 Çap
Xəbər verdiyimiz kimi, AFFA və Təhsil Nazirliyinin dəstəyi ilə Gəncə şəhərində fəaliyyət göstərən orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin (hər məktəbdən bir müəllim) futbol biliyinin artırılması məqsədi ilə D kateqoriyalı məşqçi kursu keçirilib.
 
Sertifikatlar təqdim olunub (fotoreportaj)
Dörd gün davam edən və 54 müəllimin iştirak etdiyi kursun sonunda iştirakçılara AFFA tərəfindən sertifikat verilib.
Qeyd edək ki, məşğələlər zamanı UEFA nümayəndəsi Jamie Houchen də öz təcrübəsini iştirakçılarla bölüşüb, Gəncədə fəaliyyət göstərən məktəblərdə həyata keçirilən “Məktəblərdə futbol dərsi” layihəsi ilə tanış olub.
 
Baş Sponsor 
Partnyorlar