az en
News / “Səhvlər üzərində işləyəcəyik”

“Səhvlər üzərində işləyəcəyik”

Futzal Dərc olundu: 22.09.2019 Çap
Rusiyanın Həştərxan şəhərində təşkil olunan “Caspian Cup-2019” turnirində ilk oyununu keçirmiş Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva affa.az-a açıqlama verib:
 
 
“Səhvlər üzərində işləyəcəyik”
“Hər iki qolda səhvə yol verdik. Təbii ki, fasilədə həmin səhvləri oyunçuların nəzərinə çatdırdım. Hansı məqamda necə hərəkət etməyin vacibliyini bildirdim. Nəticədə ikinci hissədə oyunumuz dəyişdi. Daha nizamlı oynadıq, ötürmələrdə dəqiq olduq. Əlbəttə, müsbət nəticə qazanmaq da vacibdir. Amma biz bütün diqqətimizi dünya çempionatının əsas mərhələsi çərçivəsində keçirəcəyimiz oyunlara yönəltmişik. Bütün bu oyunlar da həmin görüşlərə hazırlıq mərhələsinin tərkib hissəsidir.
Heyətlə bağlı problemlərimiz var idi. Bu gün oyunda iştirak edən futzalçılardan bir neçəsi 2 məşqdə iştirak edib, bəziləri isə gecə komandaya qoşulub. Yəni komanda olaraq tam şəkildə hazırlıq keçmədik. Bu da oyuna mənfi təsir etdi. Çünki futzalçıların hərəsi bir çempionatda fərqli taktika ilə oynayırlar. Amma rəsmi oyunlara qədər bunlar yoluna qoyulacaq. İstər avqustda Belarusla keçirdiyimiz oyunlarda, istərsə də bu turnirdəki matçlarda etdiyimiz səhvlər üzərində işləyəcəyik”.
 
Baş Sponsor 
Proyekt Partnyorları