az en
News / "...Səhvlərimizi aradan qaldırmaq üçün çalışmalıyıq"

"...Səhvlərimizi aradan qaldırmaq üçün çalışmalıyıq"

U-17 Dərc olundu: 21.09.2019 Çap
Bu gün Belarus yığması ilə keçirilmiş yoldaşlıq oyunundan sonra 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd affa.az-a açıqlama verib:
 
"...Səhvlərimizi aradan qaldırmaq üçün çalışmalıyıq"
"Qələbə münasibətilə rəqibi təbrik edirəm. Fikrimcə, Belarus millisi Avropa çempionatının ilkin seçmə mərhələsinə tam hazır bir komandadır. Xüsusən, atletik baxımdan çox güclüdürlər. İlk qarşılaşmada olduğu kimi güclü külək şəraitində keçən oyundan heç bir fayda götürmədik. Heç vaxt təslim olmamalıyıq. Böyük əzmkarlıqla, birlikdə səhvlərimizi aradan qaldırmaq üçün çalışmalıyıq.
 
Bu gün iki məsələ çox önəmlidir. Birincisi futbolçuların fiziki durumunu yüksəltmək, ikincisi isə mütləq şəkildə mövcud yaş liqasında yox, özlərindən yaşca yuxarı liqalarda oynamalıdırlar".
 
Baş Sponsor 
Partnyorlar