az en
News / Sifariş kitabını təqdim edənlərin adı açıqlanıb

Sifariş kitabını təqdim edənlərin adı açıqlanıb

UEFA Dərc olundu: 08.06.2017 Çap
UEFA 2019-cu ildə keçiriləcək klub turnirlərinin final qarşılaşması və UEFA Superkuboku uğrunda oyun üçün namizədliyini irəli sürmüş və tələb olunan vaxta – iyunun 6-a qədər sifariş kitabını təqdim etmiş Milli Assosiasiyaların siyahısını açıqlayıb.
 
Sifariş kitabını təqdim edənlərin adı açıqlanıb
Xatırladaq ki, AFFA 2019-cu ildə UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununu keçirilməsi üçün Bakı Olimpiya Stadionunun namizədliyini irəli sürüb.
Hər iki matç üçün sifariş kitabını təqdim etmiş assosiasiyaları diqqətinizə çatdırırıq:
 
UEFA Çempionlar Liqası
Azərbaycan – Bakı Olimpiya Stadionu
İspaniya – Madrid, “Metropolitano” stadionu
 
UEFA Avropa Liqası
Azərbaycan – Bakı Olimpiya Stadionu
İspaniya – Sevilya, “Ramon Sançes-Pisxuan”
Türkiyə - İstanbul, “Beşiktaş Arena”
 
Oyunların keçiriləcəyi stadionlarla bağlı UEFA İcraiyyə Komitəsinin qərarı bu il sentyabrın 21-də açıqlanacaq.
 
Baş Sponsor 
Partnyorlar