az en
News / Simulyator proqram istifadəyə verilib

Simulyator proqram istifadəyə verilib

UEFA Dərc olundu: 04.10.2019 Çap
UEFA 2018/19 UEFA Millətlər Liqasındakı çıxışları sayəsində hansı komandaların UEFA Avropa Çempionatının Təsnifat Mərhələsinin pley-off oyunlarına vəsiqə qazana biləcəyini başa düşməkdə azarkeşlərə kömək məqsədilə simulyator proqramı hazırlayıb.
 
Simulyator proqram istifadəyə verilib
Noyabrın 20-də UEFA Avro-2020-nin final mərhələsinə vəsiqə qazanacaq 24 komandadan 20-sinin adı məlum olacaq. Təsnifat mərhələsinin 10 qrupunda ilk iki yeri tutan komanda gələn yay keçiriləcək final mərhələsinə adlayacaq. Digər dörd komanda isə 2020-ci ilin mart ayında keçiriləcək UEFA Avropa Çempionatının təsnifat mərhələsinin pley-off oyunları ilə müəyyənləşəcək.
Komandaların pley-off oynamaq hüququnu necə qazanacaqlarını başa düşməkdə azarkeşlərə və mediaya kömək məqsədilə, UEFA istifadəçilərin qurduğu ssenarilər əsasında pley-off oyunlarına hansı komandaların vəsiqə qazanacağını göstərən simulyator proqramı (https://www.uefa.com/european-qualifiers/simulator/) hazırlamışdır.  
Pley-off oyunlarında 2018/19 UEFA Millətlər Liqasındakı çıxışlarına əsasən altı komanda – konkret olaraq, UEFA Millətlər Liqasının finala vəsiqə qazana bilməmiş qrup qalibləri və yarışın reqlamentinin 16.03-cü maddəsinə uyğun olaraq vəsiqə qazanmış qrup qaliblərini əvəzləyən komandalar rəqabət aparacaq.
Əvvəlki pley-off oyunlarından fərqli olaraq, bu dəfə pley-off oyunları “uduzan çıxır” prinsipi əsasında keçiriləcək. Hər “pley-off cığırı”nda, komandalar UEFA Millətlər Liqasının ümumi reytinq cədvəlinə əsasən 1-dən 4-ə qədər sıralanacaq. Hər “pley-off cığırı”nın yarımfinal mərhələsinin oyunları aşağıdakı formada olacaq:
 
* Reytinq səviyyəsi “1” olan komanda reytinq səviyyəsi “4” olan komanda ilə qarşılaşacaq
* Reytinq səviyyəsi “2” olan komanda reytinq səviyyəsi “3” olan komanda ilə qarşılaşacaq
 
Hər pley-off finalı üçün püşkatma noyabrın 22-də keçirilməklə hansı yarımfinal qalibinin öz meydanında oynayacağını müəyyən edəcək. Hər finalın qalibi UEFA Avro-2020-yə vəsiqə qazanacaq.
Seçmə mərhələnin hər oyun günündən sonra yeniləcək cari vəziyyətlə buradan tanış olmaq olar: ‪https://www.uefa.com/european-qualifiers/news/0254-0d40fc7db8ee-f6fe04623679-1000--play-offs-as-they-stand/
 
 
Baş Sponsor 
Partnyorlar