az en
News / Sülh günü ilə bağlı tədbir keçirilib

Sülh günü ilə bağlı tədbir keçirilib

Kütləvilik Dərc olundu: 20.09.2016 Çap
Sülh günü ilə bağlı tədbir keçirilib
“Peace One Day” təşkilatının Beynalxalq Sülh Gününü qeyd etmək və beynəlxalq sülhün təbliği məqsədilə AFFA “One Day One Goal” adlı tədbir keçirib.
 
“One Day One Goal” futbolun gücündən  istifadə edərək müxtəlif insanları bir araya toplayır, onları Sülh Günü ilə bağlı maarifləndirir. Bu, idmanın sərhədlərini fəth etməklə, iştirakçılar arasında yaşanan konfliktləri komanda işi, hörmət və kommunikasiya yolu ilə həll etməklə məqsədlərinə çatmağa təşəbbüs yaradır. Bu gözəl oyun böyük potensiala malikdir və 2008-ci ildən etibarən “One Day One Goal”  adı altında bütün BMT üzvləri olan ölkələrdə minlərlə futbol matçları keçirilib. 2015-ci ildə bütün dünyada 40.000-dən çox insan 3600 matçda iştirak edib.
AFFA tərəfindən bu tədbir artıq üçüncü dəfə keçirilir.
 
-Birinci dəfə AFFA uşaq liqasında 21 sentyabr tarixində keçirilən görüşlərin birində çıxış edən futbolçulardan birini “FairPlay” medalı ilə təltif edib
-İkinci dəfə milli komandamızın iki üzvü tərəfindən ağ göyərçinlər səmaya buraxılıb və Facebook-da AFFA səhifəsinin izləyiciləri arasında profil şəkillərin dəyişilməsi üçün onlayn aksiya təşkil edilib.
 
Bu il, AFFA Bakı Beynalxalq Tələbələr Təşkilatı və qadınlardan ibarət Azərbaycan yığma komandası arasında yoldaşlıq görüşü keçirib. Beynalxalq komanda dünyanın müxtəlif ölkələrini təmsil edən tələbələrdən ibarət idi – Nigeriya,İndoneziya, Myanmar, Peru, Çad, Pakistan, Yəmən, Türkmənistan, Rusiya, Mozambik. Görüş Əhmədli qəsəbəsindəki məhəllələrin birində quraşdırılan səyyar meydançada keçirilib. Matçdan dərhal sonra iştirakçılar səmaya göyərçinlər buraxıblar.
 
Baş Sponsor 
Partnyorlar