az en
News / Süni ot örtüyü ilə bağlı tender elan olunur

Süni ot örtüyü ilə bağlı tender elan olunur

AFFA Dərc olundu: 12.03.2019 Çap
Futbolun kütləviyinin artırılması məqsədilə süni örtüklü meydançaların inşası prosesi çərçivəsində müxtəlif bölgələrdə tikiləcək yeni meydançalar üçün 5 ədəd süni ot örtüyünün alınması ilə bağlı AFFA tender elan edir. Süni ot örtüklərinin texniki şərtləri ilə aşağıdakı keçidə daxil olmaqla tanış ola bilərsiniz:
Süni ot örtüyü ilə bağlı tender elan olunur
 
Təkliflərin qiymətləndirilməsi zamanı şəffaflığın qorunması və prosesin təhlükəsizliyinin təmin olunması üçün aşağıdakı keçiddən istifadə etməklə yükləyə biləcəyiniz “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini müvafiq qaydada dolduraraq AFFA-ya göndərməyiniz xahiş olunur. “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”i təqdim olunmayacağı halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.
 
Tenderdə iştirak etmək istəyənlər təkliflərini və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini 1 may 2019-cu il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilər.
Əlavə suallarla bağlı [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.
 
 
Baş Sponsor 
Proyekt Partnyorları