az en
News / Sponsorluq müqaviləsi imzalanacaq

Sponsorluq müqaviləsi imzalanacaq

AFFA Dərc olundu: 31.08.2015 Çap
Sentyabrın 1-də, saat 12:00-da “Boulevard Hotel Bakı” otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə “Boulevard Hotel Bakı” arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçiriləcək.
 
Sponsorluq müqaviləsi imzalanacaq
Anlaşmaya uyğun olaraq, “Boulevard Hotel Bakı” Azərbaycan milli komandalarına və AFFA-nın təşkilatçılığı ilə keçirilən U-15 Liqasına sponsorluq edəcək.
Müqavilə AFFA-nın baş katibi Elxan Məmmədov və “Boulevard Hotel Bakı” otelinin baş meneceri Valentin Osolos tərəfindən imzalanacaq.
 
“BOULEVARD OTEL BAKI” “Absheron Hotel Group”un Azərbaycanda istifadəyə verdiyi sayca dördüncü oteldir
Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında, şəhər mərkəzindən şərqdə yerləşən “Boulevard Otel” Azərbaycanın ən böyük konfrans oteli olmaqla qonaqlara 818 ecazkar rahatlığa malik otaqlar təklif edir. “Boulevard Otel” paytaxtın başlıca işgüzar və mədəni mərkəzlərinə tez bir zamanda çatmaq üçün əlverişli məkanda  yerləşir və qonaqlara vaxtlarını səmərəli keçirmək üçün hər cür imkanlar təklif edir.
“Boulevard Otel Bakı”-nın memarı dünyaca məşhur və bir çox mükafatlara layiq görülmüş Reardon Smith Architects şirkətidir.
“Boulevard Otel Bakı”nın qonaq otaqları döşəmədən tavanadək olan pəncərələrindən Xəzər dənizinə açılan möhtəşəm mənzərəsi, işgüzar və ya istirahət məqsədilə gələn qonaqların rahatlığını təmin edəcək müasir üslublu mebel və komfortlu yataqları ilə seçilir. Otel otaqlarının interyeri məşhur memarlıq şirkətlərindən olan Robert Angell Design, dəhliz və digər ərazilər isə MKV Design tərəfindən dizayn edilmişdir.
Otelin hər üç qidalanma obyektinin unikal bədii konsepti Blue Sky Hospitality dizayn şirkəti tərəfindən yaradılmışdır. Ən xırda detalların belə nəzərə alındığı qeyri-adi interyer otelin tarixini, müasir dizaynla uyğunlaşdırılmış irsini, kosmopolit dinamikliyini və qlobal məlumatlılığı özündə cəmləşdirir.
“Boulevard Otel Bakı” 1 000-dən çox iştirakçının iştirak edə biləcəyi müxtəlif formatlı tədbirlərin həyata keçirilməsi üçün ümumi ərazisi 1 300 kvadrat metr olan böyük, sütunsuz və gün işığı ilə işıqlanan ziyafət zalını qonaqlara təqdim edir. Ziyafət zalı 500 nəfərlik toy mərasimləri və 700 nəfərlik qala gecələrinin təşkil olunması üçün hər cür şəraitə malikdir. Binanın içərisində yerləşən ecazkar bağça, foye və nisbətən kiçik sahəyə malik altı otaq hotelin möhtəşəm abu-havasını tamamlayır. Kiçik otaqlar müxtəlif miqyaslı görüşlərin, treyninqlərin, təqdimatların, müsahibə və özəl şam yeməklərinin təşkil olunması üçün nəzərdə tutulub.
 
Baş Sponsor 
Partnyorlar