az en
News / Sərgidə finalın təbliğatı

Sərgidə finalın təbliğatı

Avropa Liqası Dərc olundu: 17.04.2019 Çap
Bu gün Qazaxıstanın Almatı şəhərində “Turizm və səyahət” beynəlxalq sərgisi öz işinə başlayıb.
 
Sərgidə finalın təbliğatı
Mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq UEFA Avropa Liqasının final oyununun təbliğatı məqsədilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu birgə beynəlxalq sərgidə iştirak edir. UEFA Avropa Liqasının kubokunun nümayiş etdirildiyi sərgidə iştirakçılara final oyunu ilə bağlı məlumatlar təqdim olunur. Sərginin işinə aprelin 19-da yekun vurulacaq.
 
Baş Sponsor 
Partnyorlar