az en
News / Sərxan Hacıyev FIFA-nın tədbirində iştirak edir

Sərxan Hacıyev FIFA-nın tədbirində iştirak edir

FİFA Dərc olundu: 14.02.2017 Çap
Qətərin paytaxtı Dohada  «FIFA Executive Football Summit» adlı tədbir keçirilir.
Sərxan Hacıyev FIFA-nın tədbirində iştirak edir
FIFA-nın prezidenti Gianni İnfantinonun rəhbərliyi ilə keçirilən tədbirdə «FIFA 2.0 – The Vision for the Future» strategiyası, «Forward» Proqramı, uşaq və gənclər futbolunun inkişafı və digər mövzular müzakirə olunacaq. Qırğızıstan, İraq, Suriya, Tacikistan, Türkmənistan, Özbəkistan, Yəmən, Qətər, Namibiya, Nigeriya, Sudan, Tanzaniya, Uqanda, Bosniya və Herseqovina, Kipr, Danimarka, Litva, Serbiya, İsveç, Ukrayna futbol federasiyalarının rəhbərliyinin qatıldığı tədbirdə AFFA-nı baş katibin müavini Sərxan Hacıyev təmsil edir.
Bu gün öz işinə başlayan tədbir fevralın 15-də yekunlaşacaq.
 
 

 
Baş Sponsor 
Partnyorlar