az en
News / Stüardlar üçün "Təlimçilərin təlimi"

Stüardlar üçün "Təlimçilərin təlimi"

AFFA Dərc olundu: 12.04.2018 Çap
Bu gündən etibarən Bakı Olimpiya Stadionunda UEFA-nın və AFFA-nın təşkilatçılığı ilə stüard təlimçilərinin hazırlanması məqsədilə seminar başlayıb.
 
Stüardlar üçün "Təlimçilərin təlimi"
Tədbirdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Topaz Premyer Liqasında iştirak  edən klubların, Bakı Olimpiya Stadionunun və AFFA-nın əməkdaşları iştirak edir. 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyununa və Avro-2020-nin paytaxtımızda təşkil olunacaq 4 qarşılaşmasına hazırlıq çərçivəsində  təşkil olunmuş təlimin əsas məqsədi  təhlükəsizlik, mühafizə və xidməti özündə birləşdirən müasir stüard sisteminin formalaşdırılması üçün təcrübəli təlimçilərin hazırlanmasıdır. Seminar aprelin 16-da başa çatacaq.
Analoji tədbirlər 2020-ci ilə qədər bir neçə dəfə təşkil olunacaq.

 
Baş Sponsor 
Partnyorlar