az en
News / Sumqayıtda treninq keçirilib (fotolar)

Sumqayıtda treninq keçirilib (fotolar)

Qeydiyyat sistemi Dərc olundu: 16.04.2018 Çap
Xəbər verdiyimiz kimi, 2018/19-cu il mövsümünə hazırlıqla bağlı oğlanlar, qızlar, həvəskarlar və futzal liqalarındakı komandaların rəhbərləri və onlayn qeydiyyatını aparacaq şəxslərlə görüşlər keçirilir. 
 
Sumqayıtda treninq keçirilib (fotolar)
Görüşlərin məqsədi onlayn qeydiyyat sisteminin yeni tərtib olunmuş əsasnaməsi, qeydiyyatın başlama və son tarixləri, dəyişən qeydiyyat qaydaları və sənədlər haqda məlumatların verilməsidir. İlk treninq bu gün Sumqayıtdakı Kapital Bank Arenada keçirilib.
Treninqdə yeni klub yaradılması, istifadəçi adı və parolunun düzəldilməsi, oyunçu qeydiyyatının aparılması, oyunçu yenilənməsi, transfer, icarə proseslərin edilməsi, yeni lisenziya kartları haqda məlumat, sənədlərin bərkidilməsi və sair haqda geniş təqdimat olub.
 
Baş Sponsor 
Partnyorlar