az en
News / “Taktiki işləri həyata keçirə bilmədik”

“Taktiki işləri həyata keçirə bilmədik”

U-17 Dərc olundu: 19.09.2019 Çap
Bu gün Belarus yığması ilə keçirilmiş yoldaşlıq oyunundan sonra 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Vüqar Məmməd affa.az-a açıqlama verib:
 
“Taktiki işləri həyata keçirə bilmədik”
“Bu gun fiziki baxımdan güclü komandaya qarsı oynadıq. Məğlub olmaq hər zaman üzücüdür. Oyunda yol verdiyimiz səhvləri aradan qaldırmaq üçün çox çalışmalıyıq. Hava küləkli olduğu üçün oyunda nəzərdə tutduğumuz taktiki işləri həyata keçirə bilmədik. Dörd futbolçumuz zədəli olduğu üçün bu oyunlarda bizə kömək edə bilmir. Ümumilikdə rəqib bizdən yalnız fiziki göstəricidə üstün oldu. Təlim-məşq toplanışından sonra klubların baş məşqçiləri ilə görüşəcəyik və futbolçuların fiziki hazırlığını yüksəltmək üçün bir proqram hazırlayıb, tətbiq edəcəyik”.
 
Baş Sponsor 
Partnyorlar