az en
News / “Taktiki planda etdiyimiz dəyişikliklər bəhrəsini verdi”

“Taktiki planda etdiyimiz dəyişikliklər bəhrəsini verdi”

U-19 Dərc olundu: 17.11.2018 Çap
19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə qrup mərhələsində bu gün Gürcüstanla qarşılaşan Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd oyunla bağlı affa.az-a fikirlərini bildirib:
 
“Taktiki planda etdiyimiz dəyişikliklər bəhrəsini verdi”
“Qələbə qazandığımız üçün futbolçularımı təbrik edirəm. Ağır qarşılaşma oldu. Rəqibimiz güclü futbolçulardan təşkil olunmuş komandadı. Çox istəkli idik. Futbolçularım xarakter göstərdilər. Taktiki planda etdiyimiz dəyişikliklər bəhrəsini verdi. Qələbəyə baxmayaraq, çalışmalarımızı davam etdirməliyik. Futbolçularıma inanıram. Hələ heç nə dəqiqləşməyib və buna görə də qrupdakı son oyunumuza ciddi hazırlaşacağıq. Nəticə baxımından bizim üçün finala bərabər qarşılaşma olacaq”.
 
Baş Sponsor 
Partnyorlar