az en
News / Tenderin vaxtı başa çatıb

Tenderin vaxtı başa çatıb

AFFA Dərc olundu: 03.08.2015 Çap
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Peşəkar Futbol Liqasının Premyer Liqa oyunlarının televiziya vasitəsilə yayımı ilə bağlı 20 iyul 20015-ci il tarixində  elan etdiyi tenderə sənədlərin son təqdim olunma  müddəti  bu gün - avqustun 3-də, saat 18:00-da başa çatmışdır.
 
Tenderin vaxtı başa çatıb
Tenderdə iştirak etmək  üçün yalnız bir TV kanalı müraciət etmişdir. Tenderin yekun qərarı barədə yaxın günlərdə rəsmi məlumat veriləcəkdir.
 
Tenderin şərtləri aşağıda qeyd olunmuşdur:
- Premyer Liqanın hər tur minimum 2 oyun canlı yayımlansın
- Oyunları yayımlayacaq televiziya kanalında mövsümü əhatə edən həftəlik futbol verilişi hazırlansın
- AFFA-nın təşkil etdiyi liqaların hər həftə minimum 1 oyunu canlı və ya videoyazı şəklində yayımlansın
Tenderin məbləği 1 (bir) milyon manatdır. Bu vəsait Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək.
Tenderin qalibi oyunların görüntülərini yaymaq, satmaq, hər hansı digər yayımçıya vermək səlahiyyətinə malik olacaq.
Tenderin qalibi üçün stadionda reklam bannerləri üçün yer ayrılacaq.
Oyunların vaxtı 10 gün əvvəlcədən PFL və televiziya kanalı tərəfindən birgə müəyyənləşdiriləcək.
 
 
Baş Sponsor 
Partnyorlar