az en
News / TEP proqramı çərçivəsində dəyirmi masa

TEP proqramı çərçivəsində dəyirmi masa

UEFA Dərc olundu: 25.01.2017 Çap
Bu gündən etibarən İsveçrənin Cenevrə şəhərində TEP proqramı çərçivəsində UEFA-nın prezidenti Aleksander Çeferin və baş katib Teodor Teodoridisin rəhbərlik etdiyi dəyirmi masa keçiriləcək.
Andorra, Belçika, Bolqarıstan, Xorvatiya, Fransa, Litva, Lüksemburq, Niderland, Sloveniya və İspaniya futbol federasiyalarının nümayəndələrinin qatılacağı tədbirdə AFFA-nı baş katib Elxan Məmmədov və baş katibin müavini Sərxan Hacıyev təmsil edəcək.
Tədbir yanvarın 26-da başa çatacaq.
 
TEP proqramı çərçivəsində dəyirmi masa
Baş Sponsor 
Partnyorlar