az en
News / Tələbələr arasında II futzal turnirinə yekun vurulub (fotoreportaj)

Tələbələr arasında II futzal turnirinə yekun vurulub (fotoreportaj)

Turnir Dərc olundu: 11.05.2018 Çap
Tələbələr arasında II futzal turnirinə yekun vurulub (fotoreportaj)
AFFA və Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Futbol Federasiyası İçtimai Birliyinin təşkilatçılığı ilə respublikanın ali və orta ixtisas müəssislərinin tələbələri arasında təşkil olunan II respublika birinciyinə yekun vurulub. Birinciliyin bürünc medallarına Bakı Dövlət Universitetinin komandası sahib çıxıb. Azərbaycan Texniki Universitetinin idman zalında keçirilən final qarşılaşmasında Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivini 2:1 hesabı ilə məğlub edən Azərbaycan Texniki Universitetinin komandası II respublika birinciliyinin qalibi olub. Final oyunundan sonra qalib komandalarının mükafatlandıra mərasimi təşkil olunub. İlk 3 yeri tutan komandalara diplom və medallarla yanaşı müvafiq olaraq 3000, 2000 və 1500 manat mükafat verilib. Həmçinin birincilikdə müxtəlif nominasiyalarda fərqlənənlərə xüsusi mükafatlar təqdim olunub.
Mükafatları AFFA-nın I vitse-prezidenti, millət vəkili  Rauf Əliyev, baş katib Elxan Məmmədov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Tələbə Futbolu Federasiyasının prezidenti Firudin Qurbanov, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev və veteran futbolçu Arif Əsədov təqdim ediblər.
 
Baş Sponsor 
Partnyorlar