az en
News / “Təlim-məşq toplanışından və futbolçulardan razı qaldım”

“Təlim-məşq toplanışından və futbolçulardan razı qaldım”

U-20 Dərc olundu: 27.05.2018 Çap
20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Rəşad Sadıqovun Makedoniya ilə oyunla (0:1) bağlı səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq: 
 
“Təlim-məşq toplanışından və futbolçulardan razı qaldım”
“Ümumilikdə təlim-məşq toplanışından və futbolçulardan razı qaldım. Komandadakı çatışmazlıqları aradan qaldırmaq üçün daha çox oyun keçirmək istərdim. 12 gün bir yerdə olduq və 3 yoldaşlıq oyunu keçirdik. Bu oyuna gəlincə, iki fərqli hissə oldu. Az oynayan futbolçulara şans verdim. Azərbaycan çempionatı ilə beynəlxalq oyunlar fərqlidir. Kimsə zəif çıxış etdi və ya oyunu alınmadısa, bu o demək deyil ki onları silməliyik. Onları başa düşmək lazımdı. Futbolçularımız az beynəlxalq oyun keçirirlər. Optimal heyəti hələ müəyyənləşdirməmişəm. Zədəli futbolçularımız var idi ki, bu toplanışda bizimlə ola bilmədilər. Komandadan 12-13 futbolçunu U-21-in toplanışına da dəvət edəcəm. Avtoqol məni çox məyus etmədi. Bu texniki səhvdi. Məni daha çox kiminsə mübarizədən yayınması və ya asan təslim olması məyus edər. Futbolçularımız oyundan oyuna inkişaf edəcəklər”.
 
Baş Sponsor 
Partnyorlar