az en
News / Təmkin Xəlilzadə və Mahir Mədətovun imza günü keçirilib (fotoreportaj)

Təmkin Xəlilzadə və Mahir Mədətovun imza günü keçirilib (fotoreportaj)

Avropa Liqası Dərc olundu: 28.12.2018 Çap
2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində növbəti imza günləri keçirilib.
 
Təmkin Xəlilzadə və Mahir Mədətovun imza günü keçirilib (fotoreportaj)
“Avropa Liqası muzeyi”ndə millimizin iki üzvü - “Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadənin və “Qarabağ”ın hücumçusu Mahir Mədətovun imza günü keçirilib.
Muzey ziyarətçiləri imza günündə futbolçularımız ilə yaxından tanış olub, onlardan imza alıb, eləcə də foto çəkdiriblər.
Xatırladaq ki, 2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi haqqında qərar qəbul edilib.
 
Baş Sponsor 
Partnyorlar