UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda keçirdiyi oyunla təmilçilərimiz “Qarabağ” və “Qəbələ” turnirdəki çıxışını başa vurub.
Tofiq Bəhramov adına Respublika stadionunda İtaliyanın “Fiorentina” klubu ilə qarşılaşan “Qarabağ” 1:2 hesabı ilə məğlub olub. Təmsilçimizin yeganə qolunu Reynaldo vurub.
Almaniyada “Maynts”ın qonağı olan “Qəbələ” isə 0:2 hesabı ilə uduzub.