az en
News / Təmsilçilərimiz qələbə qazanıb

Təmsilçilərimiz qələbə qazanıb

Avropa Liqası Dərc olundu: 01.07.2016 Çap
UEFA Avropa Liqasında mübarizə aparan təmsilçilərimizdən “Neftçi” və “Qəbələ” birinci təsnifat mərhələsinin ilk oyununu keçirib.
 
Təmsilçilərimiz qələbə qazanıb
“Bakcell Arena”da keçirilən oyunda Gürcüstanın “Samtredia” komandası ilə qarşılaşan “Qəbələ” 5:1 hesablı qələbə qazanıb. Təmsilçimizin heyətində Teo Uiks het-trik edib. Digər qolları Vojislav Stankoviç  və Sergey Zenyov vurub.
Avrokubok mövsümünə səfərdə start verən “Neftçi” isə Malta “Balzan”ı ilə üz-üzə gəlib. Rəhman Hacıyev və Ruslan Qurbanovun vurduğu qollar sayəsində “Neftçi” 2:0 hesabı ilə qələbə qazanıb.
Bu komandalar arasında cavab qarşılaşması iyulun 7-də keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar