az en
News / Təmsilçilərimizin ikinci mərhələdəki rəqibləri

Təmsilçilərimizin ikinci mərhələdəki rəqibləri

Avropa Liqası Dərc olundu: 19.06.2019 Çap
UEFA Avropa Liqasında iştirak edən təmsilçilərimizin II təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
 
 
Təmsilçilərimizin ikinci mərhələdəki rəqibləri
Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilmiş püşkə əsasən mübarizəyə bu mərhələdən başlayacaq ölkə kubokunun qalibi “Qəbələ”  “Dinamo” (Gürcüstan) - “La Fiorita” (San Marino) // “Engordany” (Andorra) oyunlarının qalibi ilə görüşəcək.
Birinci mərhələdə çıxış edəcək “Neftçi” “Speranta Nisporeni” klubunu mübarizədən kənarlaşdıracağı halda, Rusiyanın “Arsenal” (Tula) klubu ilə qarşılaşacaq. Rumıniyanın “Universitatea Krayova 1948” komandası ilə oyunda qələbə qazanacağı təqdirə, “Səbail” “Honved” (Macarıstan) - “Jalgiris” (Litva) cütünün qalibi ilə üz-üzə gələcək.
İkinci mərhələnin oyunları iyulun 25-də və avqustun 1-də keçiriləcək.
 
Baş Sponsor 
Partnyorlar