az en
News / Təmsilçilərimizin rəqibləri bəlli oldu

Təmsilçilərimizin rəqibləri bəlli oldu

Avropa Liqası Dərc olundu: 20.06.2018 Çap
2018/2019-cu il mövsümündə ölkəmizi UEFA Avropa Liqasında təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib. 
 
 
Təmsilçilərimizin rəqibləri bəlli oldu
Mübarizəyə birinci təsnifat mərhələsindən başlayacaq təmsilçilərimizdən “Keşlə” Maltanın “Baltsan”, “Qəbələ” Lüksemburqun “Proqres”, “Neftçi” isə Macarıstanın “Uypeşt” komandası ilə qarşılaşacaq.
Təmsilçilərimiz ikinci təsnifat mərhələsinə yüksələcəyi təqdirdə, “Qəbələ” "Honved" (Macarıstan) - "Rabotniçki" (Makedoniya), “Keşlə” "Milsami" (Moldova) - "Slovan" (Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. "Neftçi" isə  bu mərhələdə "Sevilya" (İspaniya) ilə görüşəcək.
Birinci təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da, ikinci təsnifat mərhələsinin qarşılaşmaları iyulun 26-da və avqustun 2-də keçiriləcək.  
 
 
 
Baş Sponsor 
Partnyorlar