az en
News / Turnirə start verilib (fotoreportaj)

Turnirə start verilib (fotoreportaj)

Turnir Dərc olundu: 22.02.2017 Çap
AFFA, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi, Tələbə Futbol Federasiyasının təşkilatçılığı ilə ali təhsil müəssisələrinin və kolleclərin tələbələri arasında Azərbaycan çempionatının  açılış mərasimi  keçirilib. 
 
Turnirə start verilib (fotoreportaj)
Bayıl Arenada keçirilən tədbirdə çıxış edən təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov yarışı açıq elan edib, çempionatda mübarizə aparan komandalara uğurlar arzulayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Firudin Qurbanov Azərbaycan Tələbə Futbol Federasiyasının təsis etdiyi mükafatı 60 illik yubileyi ilə əlaqədar UEFA-nın hakim-inspektoru Asim Xudiyevə təqdim edib. Xüsusi qonaq qismində çıxış edən Regional Futbol Federasiyası İctimai Birliyinin prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü veteran futbolçu İsgəndər Cavadov topa ilk zərbəni vurub. İlk oyunda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının və Azərbaycan Tibb Universitetinin komandaları qarşılaşıb. ADBTİA Azərbaycan Tibb Universitetinin komandasını 6:0 hesabı ilə məğlub edib.
 
Baş Sponsor 
Partnyorlar