az en
News / “Turnir təcrübə qazanmaq baxımından çox faydalı oldu”

“Turnir təcrübə qazanmaq baxımından çox faydalı oldu”

U-15 Dərc olundu: 27.04.2018 Çap
2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Azər Məmmədov Antalya şəhərində təşkil olunmuş turnirdə Türkiyə komandasına qarşı keçirilmiş oyunla bağlı affa.az-a açıqlama verib:
 
“Turnir təcrübə qazanmaq baxımından çox faydalı oldu”
“Turnirin ən güclü komandasına qarşı oynadıq. Azlıqda qalmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirdilər. Nəticə bizim üçün ağır olsa da, turnir yeni yaranmış komandanın təcrübə qazanması baxımından çox faydalı oldu. Bu uşaqlar indiyə qədər bu cür oyunlar keçirməmişdi. Artıq komanda olaraq onları gələcəkdə nələrin gözlədiklərini dərk edirlər. Belə gərgin oyunlar oynamaq üçün çox çalışmalıyıq. Bu turnir mənim üçün də böyük təcrübə oldu. Kimlərlə yola davam etməli olduğumu müəyyənləşdirdim”.
 
Baş Sponsor 
Partnyorlar