az en
News / U-16 Liqasının qalibləri mükafatlandırılıb (fotoreportaj)

U-16 Liqasının qalibləri mükafatlandırılıb (fotoreportaj)

U-16 Liqası Dərc olundu: 25.05.2018 Çap
AFFA-nın təşkil etdiyi U-16 Liqasında 2017/2018-ci il mövsümünə yekun vurulub.
U-16 Liqasının qalibləri mükafatlandırılıb (fotoreportaj)
Son turun oyunundan sonra Qəbələ şəhər stadionunda liqanın qalib olan “Qəbələ”nin müvafiq yaş qruplarından ibarət komandasına qızıl medal və kubok təqdim edilib. “Vətən” gümüş, “Neftçi” bürünc medallara sahib çıxıb. Gümüş və bürünc medalların sahiblərinə mükafatlar AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə təqdim edilib.
Liqanın ən yaxşı futbolçusu Veysəl Rzayev (“Qəbələ”) seçilib, bombardir isə 27 qolla Emil Quluzadə “Vətən” komandasının üzvü olub. Ən yaxşı qapıçı adına “Qəbələ” komandasının üzvü Vüsal Şabanov layiq görülüb.
Komandanın üzvlərinə mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev və futbol veteranı Rüstəm Rəhimov təqdim ediblər.
 
Baş Sponsor 
Partnyorlar