az en
News / U-16-nın və "Elit-məşq" layihəsinin məşqi (fotoreportaj)

U-16-nın və "Elit-məşq" layihəsinin məşqi (fotoreportaj)

U-16 Dərc olundu: 18.09.2019 Çap
Xəbər verdiyimiz kimi, 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sentyabrın 15-dən Bakıda təlim-məşq toplanışındadır. 
 
U-16-nın və "Elit-məşq" layihəsinin məşqi (fotoreportaj)
Hazırlıq prosesini “Elit-məşq” layihəsində iştirak edən 26 məşqçi də izləyir. Aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının koordinatoru Miloş Velebit məşqlərin mövzusu ilə bağlı layihənin məşqçilərinə ətraflı məlumat verir. Bütün məşqlərdən videoçəkilişlər aparılır və layihə çərçivəsində regionlarda keçiriləcək məşqlərdə əyani vəsait kimi istifadə olunacaq.
Qeyd edək ki, bununla da “Elit-məşq” layihəsinin birinci mərhələsinə start verilib. Noyabr ayında keçiriləcək toplanış zamanı hazırkı məşq mövzuları təkrarlanacaq, eyni zamanda “Elit-məşq” proqramının ikinci hissəsi tətbiq olunacaq.
 

Keçmiş Oyunlar

- Lixtenşteyn U-16
24-03   16:15
- Malta U-16
26-03   13:30
Daha çox
Baş Sponsor 
Partnyorlar