az en
News / U-17 bu gün yoldaşlıq oyunu keçirəcək

U-17 bu gün yoldaşlıq oyunu keçirəcək

U-17 Dərc olundu: 19.09.2019 Çap
Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Belarus yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. 
 
U-17 bu gün yoldaşlıq oyunu keçirəcək
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında saat 17:00-da başlayacaq qarşılaşmanı Tural Qurbanov idarə edəcək. Hidayət Feyzullayev və Şirmamed Mamedov yan-xətt hakimi olacaq. Dördüncü hakim funksiyasını İslam Məmmədov yerinə yetirəcək.
Bu komandalar arasında sentyabrın 21-də, saat 12:00-da,  Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək oyunda isə baş hakim Cavid Cəlilov olacaq. Ona Rəhman İmani və Elşad Abdullayev kömək edəcək. Dördüncü hakim Tural Qurbanov olacaq.
 
Baş Sponsor 
Partnyorlar