Bu gündən etibarən Bakıda təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Zədəli olduğu üçün Mehrac Baxşəliyev toplanışa qatılmayıb. Eldar Tağızadə isə hazırlıq prosesinə sentyabrın 16-da qoşulacaq.